turklehceleri.org

müztərib

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

müztərib

sif. [ər.] klas. Sıxıntı və iztirab içində olan; çox təşvişli, rahatsız, narahat, iztirablı. Müztərib könül (qəlb). – Qoca tarzən Cavadın arvadı müztərib (z.) halda tez-tez qapını açıb küçəyə baxırdı və ah çəkərək otağa qayıdırdı. Ə.Haqverdiyev. Müztərib muzdur vaqonların pəncərələrinə baxabaxa vağzalın axır başınacan getdi. S.M.Qənizadə. [Qurbanəli] sakit və müztərib oğluna baxır. H.Nəzərli. • Müztərib etmək – iztiraba salmaq, rahatsız etmək, təşvişə salmaq. Bu hal o qadını daha artıq müztərib edəcəkdir. S.Hüseyn. Müztərib olmaq – iztirab keçirmək, rahatsız olmaq, narahat olmaq, təşvişə düşmək. Münəvvər xanım da təhsildən qalıb, .. yoldaşları yadına düşüb, qayət müztərib olmuşdu. M.S.Ordubadi.


Axir izdelgen sözler: