Bucaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
bucaq
is.
1. Bir şeyin iki daxili tərəfinin birləşdiyi yer; künc, guşə. Dilşad ceyran kimi ürkərək otağın bucağına qısıldı. M.S.Ordubadi. Bizdən əvvəl böyük qardaşım yük altında bir bucağa sığınmış quşu qaldırıb: – Tutdum, kəklikdir, – dedi. A.Şaiq. // məc. Ümumiyyətlə, bir yer, sığınacaq, daldalanacaq; guşə, bucaq. İstərdi fərağətilə bir dəm; Tənha tuta bir bucaqda matəm. Füzuli. Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud; İnsanlar daha məsud. M.Müşfiq. [Ana] daldalanmaq üçün bir bucaq axtarır. Ə.Məmmədxanlı. // məc. Uzaq bir yer. 16-cı ilin axırlarında bütün ölkə əhalisindəki təlatüm bu uzaq bucaqlara .. da təsirsiz qalmadı. H.Nəzərli. Köhnə Azərbaycanın uzaq bir bucağında .. qoca Həsən dayının alçaq koması vardı. R.Rza.
2. Riyaziyyatda: bir nöqtədən çıxan iki xəttin əmələ gətirdiyi həndəsi fiqur. Kütbucaq (90°-dən çox). Düzbucaq (90°). İtibucaq (90°-dən az). ‣ Bucaq-bucaq gəzmək – hər yeri axtarmaq.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
bucaq
künc, guşə
{dip, köşe}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
bucaq
açı