turklehceleri.org

Axmaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

axmaq

I. f.
1. Bir istiqamətdə getmək, cərəyan etmək (mayelər və hava haqqında). Çay axır. Su axır. Damarlarda qan axır. – Ərir dağın, çölün qarı; Axır dərələrə sarı. A.Səhhət. [Tahir] pəncərədən içəri axan təmiz havada xumarlana-xumarlana yuxuya getdi. M.Hüseyn.
2. Sızmaq, xarab olduğu üçün mayeni buraxmaq. Dam axır. Qab axır. Kran axır.
3. Damcı-damcı tökülmək (axmaq). Qapında inləyim mən; Sözü de, dinləyim mən; Qoy axsın gözüm yaşı; Bir az sərinləyim mən. (Bayatı).
4. məc. Gəlmək, tökülmək. Alovlar dağıdan xoş nəfəsindən; Hər əsgər qəlbinə min qüvvət axdı. S.Vurğun. [Mürsəl kişi] qəmli ürəyinə axan bir sevincin təsiri ilə gülümsündü. M.Hüseyn.
5. məc. Qüvvətli kütlə və ya izdiham halında hərəkət etmək, irəliləmək, yerimək, getmək, gəlmək. Qoşunlar ardı-arası kəsilmədən axıb gedirdi. – Nəhayət, kəndlilərdən biri ayını tüfəng ilə vurub öldürüncə qələbəlik ayının yuvasına doğru axdı. A.Şaiq. Hamısı dönüb geriyə baxdı, bəziləri isə səs gələn tərəfə axıb getməyə başladı. M.S.Ordubadi. Bu təklifi qəbul edərək xalq saray meydanına tərəf axmağa başladı. S.S.Axundov.
6. məc. Sakit, müntəzəm hərəkət etmək. Buludlar sakit-sakit göydə axır. // Səlislik, ahəngdarlıq mənasında. Musiqinin səsi axır.
7. məc. Getmək, ötmək, keçmək (bəzən “axıb getmək” şəklində işlənir). Vaxt çox tez axıb gedir. Həyat öz qaydası ilə axıb gedir. Hər şey axır, hər şey dəyişir. – Bu vəfasız ömür, bu coşqun dərə; Gərək boş-boşuna axıb keçməsin. M.Müşfiq. Fikrində, hissində inqilab yarat; Anla ki, hər zaman axır bu həyat! S.Vurğun. // məc. Cərəyan etmək, başa gəlmək, keçmək. Həyat öz məcrası ilə axır.
8. Suyun üzü ilə, cərəyanı ilə getmək; cərəyan aparmaq. Qayıqlar sahil yanından axıb keçdi.
9. məc. Süzgün göz haqqında. Min yerdən “can!” deyildi; Hər axan süzgün gözə. Ə.Cavad. // Özündən gedən, can verən adamın gözləri haqqında.

II. sif. Səfeh, ağılsız, gic. Axmaq adam. – Əlhəq, münəccimbaşı dəxi görünür ki, çox axmaq imiş. M.F.Axundzadə. // Mənasız, boş (söz, hərəkət, iş və s.). Axmaq hərəkət. Axmaq iş tutmaq. Axmaq fikir. – [Rüstəm bəy:] Həsənqulu bəy, Rza bəy, sizin üçün eyib olsun ki, bu cürə axmaq sözə inanıb, mənim qapıma gəlirsiniz. Ü.Hacıbəyov. [Tarverdi:] Mən özüm də istəməzdim onun axmaq sözlərini söyləyim. C.Cabbarlı. // Zərf mənasında. [Tubu:] Axmaq danışmıram, sözün gerçəyini mən deyirəm. Ə.Haqverdiyev. // Bəzən söyüş kimi işlənir. axmaq-axmaq zərf [Həmzə bəy:] Biri bir axmaq söz dedi, gərək bunlar da oturub ona axmaq-axmaq gülələr. Ə.Haqverdiyev.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

axmaq

I. getmək, ötmək, keçmək
{gitmek, aşmak, geçmek}

II. sızmaq, tökülmək
{sızmak, dökülmek}

III. səfeh, ağılsız, gic
{saf, akılsız, fikirsiz}

IV. tökmək
{dökmek}

V. göndərmək, yollamaq
{göndermek, yollamak}

VI. süzmək, baxmaq
{süzmek, bakmak}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

axmaq

ahmak, akmak, aptal, bön, budala, dangalak, enayi, kötü, saçma, salak

Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)

axmaq

a. Ahmak, budala. Axmaq bolmaq – Ahmak olmak. Axmaq qilmaq – Ahmak etmek. Axmaqqa chiqarmaq – Ahmak saymak. U axmaq emes – O ahmak değil.


Axir izdelgen sözler: