Artıq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
artıq
zərf və sif.
1. Çox, çoxlu, xeyli, olduqca, çoxlu miqdarda. [Fəxrəddin:] Mən dünyada hər şeydən artıq yaltaq adamlardan iyrənirəm. M.S.Ordubadi. // Daha çox, ziyadə. Hüsnün olduqca füzun, eşq əhli artıq zar olur. Füzuli. Zeynəb daha artıq bir həssaslıq və qayğı göstərirdi. M.İbrahimov. Bu səxavətli qonaqların hamısından artıq nədənsə Təbarəkin sovqatlarına fikir verilirdi. Mir Cəlal.
2. Üstün, irəli, yaxın, qiymətli, yüksək. Sən mənə hamıdan artıqsan. O kimdən artıqdır? • Artıq tutmaq – üstün tutmaq, irəli tutmaq, daha yaxşı hesab etmək. Mən inanmıram ki, bizim əsrin şairləri bahar fəslini, məsələn, qış fəslindən artıq tutalar. C.Məmmədquluzadə. [Həsən] ..zurna çalmağı da özünə sevimli bir sənət intixab edib onu hər şeydən artıq tuturdu. B.Talıblı.
3. Lazım olduğundan çox, gərəksiz, lüzumsuz. Artıq yük. Artıq aş ya qarın ağrıdar, ya baş. (Ata. sözü). [Pəricahan:] Bu qız buradan gedəsidir, artıq söz lazım deyil. S.S.Axundov. Qəhrəman, doğrudan da, evdə artıq bəzək-düzək olmağının əleyhinə idi. S.Rəhimov. • Artıq bilmək – lüzumsuz hesab etmək, lazım bilməmək. [Gəldiyev] əlüstü həll olunan məsələni plana yazmağı artıq bilirdi. Mir Cəlal. Artıq danışmaq – lüzumsuz sözlər danışmaq. // Üstəlik. Atalar yaxşı deyiblər, çörəyi ver çörəkçiyə, birini də artıq. M.İbrahimov. 4.İs.mənasında.Bütün ehtiyac təmin olunduqdan sonra artıq qalan şey, qalıq. Artıqları toplayıb bir yerə qoymalı. Süfrənin artığı.
5. əd. Bir işin başlamış olduğunu, yaxud olub bitdiyini bildirir. Bulud artıq başımızın üstünü almışdı. – [Gülpəri və İdris] kəndə yetişəndə artıq gecə idi. M.Hüseyn. Adamlar artıq ayaq üstə yeməyə və içməyə başlamışdılar. M.İbrahimov.
6. əd. Daha, bundan əlavə. Artıq mənim səndən heç bir tələbim yoxdur. – Əlimdəki işləri yoluna qoya bilsəydim, artıq burada durmazdım. H.Cavid. // Bundan belə. Artıq mənim yarım deyil xəyalı; Heç bir qaşa bənzətmərəm hilalı. Ə.Cavad. artıq-artıq zərf Həddən artıq, lüzumundan artıq. // Lüzumsuz, yersiz. Artıq-artıq danışmaq. Artıq-artıq sözlər söyləmək.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
artıq
I. xeyli, çoxlu
{hayli, çok}
II. üstün, qiymətli, yüksək
{üstün, kıymetli, yüksek}
III. gərəksiz, lüzumsuz
{gereksiz, lüzumsuz}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
artıq
artık, fazla, küsur