turklehceleri.org

əzişdirmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

əzişdirmək

f.
1. Ora-burasını əzmək, bərk əzmək. Quyudan çıxan daş qırıntıları güllə kimi .. gəlir və qabağına keçən hər şeyi əzişdirirdi. M.Hüseyn.
2. Ovuşdurmaq, övkələmək, ovxalamaq. Gülşad ixtiyarsız olaraq barmaqlarını əzişdirdi. Ə.Vəliyev.
3. məc. Döymək, kötəkləmək, qol-qabırğasını əzmək. Telli kandarda çıxardığı başmaq tayını aldı, [pişiyi] əzişdirəcəkdi. S.Hüseyn. Məşədi Əsgər o qədər zorlu idi ki, üç-dörd elə hambalları büküb-bükmələyib əzişdirə bilərdi. S.M.Qənizadə. Qonşum az qaldı məni divara dirəyib əzişdirsin. S.Rüstəm. // məc. Məğlub etmək, darmadağın etmək. Dayan, almanları əzişdirək qoy; Hüseynə edərik yaxşıca bir toy. M.Rahim.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

əzişdirmək

I. ovuşdurmaq, övkələmək, ovxalamaq
{ovmak, ezmek, ovalamak}

II. döymək, kötəkləmək
{dövmek, tartaklamak}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

əzişdirmək

ezmek


Son arananlar: