əvvəl
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
əvvəl
zərf [ər.]
1. İlk dəfə, birinci dəfə. [Dərviş:] Ruqiyyə əvvəl babasına yaxın düşə bilmirdi. A.Divanbəyoğlu.
2. İs. mənasında. Başlanğıc, ibtida. İşin əvvəli çətindir. Kitabın əvvəli. Əsrimizin əvvəli. // Qoş. mənasında. Qabaq. İnqilabdan əvvəl. Soyuqlar düşməzdən əvvəl.
3. Əvvəlcə, qabaqca. Əvvəl sən gəl. Əvvəl fikirləş, sonra danış. Bilmirəm, hansı işdən əvvəl başlayım.
4. Qabaqlarda, əvvəllərdə, ilk vaxtlarda, keçmişdə (bu mənada çox vaxt “əvvəllər” və “əvvəlləri” şəklində işlənir). Əvvəl(lər) xəttim yaxşı idi, sonralar korlandı. Əvvəllər gözəl səsi var idi. Əvvəllər burada karvansara yerləşirdi. Əvvəllər biz çox yaxın idik.
5. Zaman etibarilə daha qabaq, daha irəli, daha birinci. Mən səndən əvvəl gəldim. Üç il bundan əvvəl olmuş hadisə. O məndən əvvəl işə başladı. Vaxtından əvvəl gəlmək. Mübahisəni kim əvvəl başladı? – İki sənə əvvəl, böylə məşum qara günü kim xatırlardı? H.Cavid. Ülfət toy adı eşidib əvvəl tutuldu. Mir Cəlal. Bir az əvvəl ildırımlı gecələri andıran o gözlər bu odlu göz yaşlarında təlatümə gəlmiş bir dəniz kimi qaynadı. Ə.Məmmədxanlı.
6. Yer etibarilə qabaq, irəli. O məndən əvvəldir.
7. bax. əvvəla. [Dedim:] Sara bibi, əvvəl budur ki, Ağamalıoğluna verilən ərizə gərək latın əlifbası ilə yazılsın. Qantəmir. ‣ Əvvəl əldə – əvvəlcə, birinci növbədə. əvvəl-əvvəl zərf Əvvəlcə, qabaqca.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
əvvəl
I. başlanğıc, ibtidai
{başlangıç, iptidai}
II. qabaq (zərf)
{önce (zarf)}
III. qabaq (qoşma)
{önce (koşma)}
IV. qabaq, irəli
{ön, ileri}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
əvvəl
evvel, önce
Son arananlar:
- Aşırı,
- özgerişlik,
- cezik,
- narazi,
- baraban,
- köönöl,
- ýylpyr,
- baçhıç,
- heyvancasına,
- bazarı,
- same,
- tergimek,
- terminal,
- Toot,
- chiqishoq,
- finish,
- mahtab,
- bağrıbadaş,
- ijirganmoq,
- dıykan,
- maharetsizlik,
- əvvəl