əsər
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
əsər
is. [ər.]
1. İz, nişanə, əlamət, bir şeyin varlığına dəlalət edən hal. Əsər qalmamaq. Yorğunluqdan əsər yox idi. Üzündə həya əsəri yoxdur. – Cırıldayan arabanın çərxləri; Qazmış yolu, yerdə qalmış əsəri. A.Səhhət. Könlündə qalmadı insaf əsəri; Dürdanənin qəlbi sal buza döndü. M.Rahim.
2. İnsan əməyi, insan yaradıcılığı, icadi məhsulu. İncəsənət əsərləri. Heykəltəraşlıq əsərləri. Memarlıq əsərləri. İxtiraçıların əsərləri. Musiqi əsərləri. // Yazılı əmək məhsulu; ədəbi, elmi kitab, məqalə və s. Bədii əsər. Füzulinin əsərləri. Kimyaya dair əsər. Əsərlər külliyyatı. Elmi əsərlərin nəşri. – Buna görə də sizin mənə tövsiyə etdiyiniz “Məmunun xülasələri” adlı əsəri açıb məşğul oldum. M.S.Ordubadi.
3. Təsir. Bu hadisənin ona heç bir əsəri olmadı. – Bunlar hamısı qohumluğun əsərləridir! C.Məmmədquluzadə. • Əsər eləmək (etmək) – təsir etmək. Nə üçün söz sənə əsər eləmir. – Ol səngdilə naleyi-zarım əsər etmiş. Füzuli. Sənin də başında məhəbbət beyni; Əgər olsa, eylər əsər, ağlarsan. M.V.Vidadi. Sözün ona etməz əsər; Aralıqda başın gedər. A.Şaiq.
4. bax. asar.
5. Yadigar mənasında. Yaxşı övlad ataana üçün ən əziz bir əsərdir. ‣ Əsəri gəlmək dan. – isitmə dayanandan sonra, yüngülcə və az zaman titrəmək. Əsəri gəlmiş, indi ötəcək.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
əsər
I. iz, nişanə, əlamət
{iz, nişane, işaret}
II. iş
{iş}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
əsər
eser, yapıt
Son arananlar:
- ecel,
- dovşan,
- musiqişünas,
- bulkuldat,
- küç,
- ödelmek,
- inamsızlıq,
- discriminate,
- Salyut,
- çelebilik,
- singich,
- tutluşyk,
- diligödək,
- fahişe,
- Psixologiya,
- spellbound,
- hatırlatmak,
- Kahır,
- soda,
- hayırlaşmak,
- vəd,
- əsər