əsna
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
əsna
is. [ər.] Vaxt, zaman, an. Bu əsnada küçədə hay-küy qalxdı. – Bu əsnada yaxındakı uca dağın təpəsində gözəl bir qız surətində nurani bir kölgə zahir olur. A.Səhhət. [Mirzə] .. söhbət əsnasında cibindən qozdan, fındıqdan, kişmişdən çıxarıb ortalığa tökərdi. Ə.Haqverdiyev. Bu əsnada qapı ehmal açıldı, içəri on yeddi-on səkkiz yaşlarında, qırmızıyanaq, burnunun dəlikləri geniş bir gənc girdi. Çəmənzəminli.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
əsna
vaxt, zaman
{vakit, zaman}