ənginlik
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
ənginlik
is. şair. Genişlik, vüsət, açıqlıq; dənizin sahildən uzaq nöqtələri. Yadımdadır, mən uzun zaman daş bənd üzərində oturub qaldım, heyran-heyran dənizin qaranlıqda itən ənginliklərinə baxdım. Ə.Məmmədxanlı. Midhət göylərə baxdı. Ovçu gözləri göyün ənginliklərini seçir, sirli və dərin havanın içinə girə bilirdi. Ə.Vəliyev.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
ənginlik
genişlik, vüs’ət, açıqlıq
{genişlik, en, açıklık}