ənam
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
ənam
is. [ər. “nemət” söz. cəmi] Bəxşiş, hədiyyə, mükafat. Ənam almaq. Ənam vermək. – [Odabaşı:] Hətta Mirzə Əhməd ağa qız üçün ənam göndərmişdi. Ə.Haqverdiyev. [Rəhim xan:] Əgər Nəsrəddin şahın ənamı olmasaydı, bu saat səni həlak edərdim. C.Cabbarlı. • Ənam eləmək klas. – bağışlamaq, vermək. Haq mənim ömrümü kəssin, sənə ənam eləsin. S.Ə.Şirvani.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
ənam
bəxşiş, hədiyyə, mükafat
{bahşiş, hediye, mükâfat}