turklehceleri.org

əlhan

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

əlhan

is. [ər. “ləhn” söz. cəmi] klas. Gözəl səslər, gözəl nəğmələr, təranə. Quşların əlhanı, ey dil, bəs müəssərdir bu fəsl. Əmani. Bağda açdı üzündən o güli-tazə niqab; Çaşdırıb bülbül özün, eylədi əlhanı qələt. S.Ə.Şirvani. Bülbüllərin əlhanı, çiçəklərdəki əlvan; Olmaz şu mənim çındıracaq könlümə əlan; Bir mənbəi-ilham. H.Cavad.


Son arananlar: