əlbir
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
əlbir
1. zərf Bir-birinə kömək edərək; bərabər, birgə, birləşərək. Əlbir işləmək. – [Altunbay:] Elxan biləgənli, sən Solmazı sevir isən, özündə onu qoruyacaq bir cəsarət duyur isən, and iç, əlbir çalışaq. C.Cabbarlı. [Nəbi:] Düşünüb bayaqdan tökmüşəm tədbir; Gərək sinə gərək düşmənə əlbir! S.Rüstəm. // Şərik, bir yerdə, birlikdə. Bu işi onlar əlbir görmüşlər. • Əlbir olmaq – yoldaş olmaq, birgə hərəkət etmək, bir məqsəd üçün birləşmək. Əlbir olub bir ayı bir şir ilə; Ovladılar dovşanı tədbir ilə. A.Səhhət. [Nəbi:] Əlbir olub od salmaq üçün düşmənlərin canına; Sinən üstdən yol ver, keçim qardaşımın yanına! S.Rüstəm. Bir hökmdar deyil, yığılıb hətta; Yüzü əlbir ola, gələ, vermərəm! M.Rahim.
2. sif. Həmrəy, çox yaxın, birgə işləyən. Əlbir yoldaşlar. Əlbir iş. – İndi, indisə sürət qatarında qızıl diplomla, əlbir və ürəkbir yoldaşlarımla evə dönürəm. Mir Cəlal.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
əlbir
I. bərabər, birgə, şərik
{beraber, birlikte, ortaklaşa}
II. həmrə’y
{hemfikir}