məna
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
məna
is. [ər.]
1. Sözün, cümlənin ifadə etdiyi məfhum, anlayış. Sözün hərfi mənası. Həqiqi məna. Məcazi məna. – Ləfz özü bir ləfzdir, amma ki, məna müxtəlif. S.Ə.Şirvani. Sözlərdəki məna səslərdəki titrəyiş isə [Rüstəmə] çatmırdı. M.İbrahimov.
2. Bir şeyin ağılla dərk edilən daxili məntiqi məzmunu, mahiyyəti. Hadisələrin mənası. // Məqsəd, ağlabatan səbəb. Bunu belə etməkdə məna yoxdur. – ..Orucluğun ümdə mənası budur ki, müsəlmanlar ac qalmağa adət eləsinlər. C.Məmmədquluzadə. • Məna vermək – əhəmiyyət vermək, diqqət yetirmək. Həmişə kəmetina Zeynal bu gecə hər şeyə diqqətlə baxıb, hər bir hənirtiyə məna verməyə başladı. Çəmənzəminli.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
mə’na
mahiyyət, məzmun, ideya
{mahiyet, konu, düşünce}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
məna
anlam, mana, önem