turklehceleri.org

əksinə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

əksinə

zərf.
1. Tərsinə, ziddinə. Əksinə hərəkət etmək. Bəzən əksinə olur. – ..Gün dağlara düşəndə, günün şəfəqi dağların gah bu tərəfini şölələndirib o tərəfinə qara kölgə salır, gah da əksinə. C.Məmmədquluzadə. Vəziyyəti büsbütün əksinə məna edirsiniz. M.S.Ordubadi. • Əksinə getmək – ziddinə getmək (hərəkət etmək), düşmənçilik etmək. Zavallı anacığım!.. Tamam da sənin əksinə gedir. S.S.Axundov.
2. Deyilənin və ya nəzərdə tutulanın, gözlənilənin və s.-nin tam tərsinə; biləks (bəzən “olaraq” sözü ilə). Qüvvələrimiz nəinki azalmadı, əksinə, daha da artdı. Maşının sürətini azaltmaqdansa, əksinə, daha da artırdı. – Əksinə, Zeynəb qarı çox qoçaq bir qadın idi... S.S.Axundov. Əksinə, rəiyyətin “əlaltı və nankor” hərəkəti şeytan-şuğulun pıçıltısı ilə bəyin qulağına çatdı.. S.Rəhimov. Tofiq isə əksinə, alçaq boylu sarışın, girdəsifət, ətli-canlı idi. M.Rzaquluzadə.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

əksinə

tərsinə, ziddinə
{tersine, inadına}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

əksinə

bilakis


Son arananlar: