turklehceleri.org

əkin

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

əkin

is.
1. Taxıl, bostan məhsulları və s. əkilmiş yer; zəmi. Əkinlərdə taxıl təzəcə göyərməkdədir. – Bağın, əkinin xeyrini bəylər görəcəkmiş; Toxum əkməyə dehqanları neylərdin, ilahi?! M.Ə.Sabir. Bu əhvalatdan üç gün sonra Qulunun əkin yerində qızğın iş gedir, sürətlə buruq qurulurdu. A.Şaiq. // Tarlada, zəmidə bitmiş taxıl, dənli bitkilər və s. Yazlıq əkin. Payızlıq əkin. Əkin yeri. – Əkməsən, əkin olmaz. (Ata. sözü). ..Qonşunun əkinini otardanlar manifestə düşür, düşmənin tayasına od vuranlar manifestə düşür. C.Məmmədquluzadə. İndi məhsulun müqəddəratı əkini vaxtlı-vaxtında suvarmaqdan asılı idi. Ə.Sadıq.
2. Əkmə, əkmək işi. Əkin vaxtı. – Nə zaman ki arabalar köç yoluna düzülür; Kəndli yoldaş əkinindən, biçinindən üzülür. S.Vurğun. Rüstəm kişi yanakı oturub balaca stola dirsəkləndi və yaz əkininə hazırlıq haqqında məlumat verdi.. M.İbrahimov.
3. Bəzi ot adları ilə birlikdə işlədilərək, onların əsasən zəmidə, əkin arasında bitdiyini göstərir; məs.: əkin qərənfili, əkin laləsi. – Əkin qarğasoğanı .. gövdəsi 80 smə qədər hündürlüyündə çoxillik bitkidir. H.Qədirov. Tüklü qərənfil və ya əkin qərənfili taxıllar arasında bitən alaq otudur, toxumları zəhərlidir. M.Qasımov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

əkin

I. zəmi, tarla
{bostan, tarla}

II. biçin
{hasıl}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

əkin

ekin


Son arananlar: