turklehceleri.org

tarix

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

tarix

is. [ər.]
1. Bir hadisənin baş verdiyi, cərəyan etdiyi vaxt; keçmiş həyata aid olub adamların hafizəsində qalmış fakt və hadisələrin məcmusu. Tarixin təcrübəsi göstərir ki... Məsələnin tarixi. – [Nüşabə:] Şanlı tariximiz görməmiş ləkə; Zəfərlər qazanmış bu şanlı ölkə! A.Şaiq.
2. İnkişaf prosesindəki gerçəklik. Tarixin qanunları. Tarixin dialektikası. Tarixin gedişi.
3. İnsan cəmiyyətinin inkişafı haqqında elm. Azərbaycan tarixi. Orta əsrlər tarixi. – Tarix insan cəmiyyətinin həyatı haqqında elmdir. “Qədim dünya tarixi”. // Həmin fənnə aid kitab, dərslik, dərs. Tarixdən “5” almaq. Tarix kitabı.
4. Bir şəxs və ya şeylə bağlı olan fakt və hadisələrin tarixcə məcmusu. Sumqayıt şəhərinin tarixi. Onun başına gələn hadisələrin tarixini heç kəs bilmir. – [Qaraş:] Yaxşı, Qızyetərin tarixini danışma, sözünü de. M.İbrahimov.
5. Bir hadisənin, şeyin inkişafının gedişi, ardıcıl inkişafı. Yer qabığının təşəkkül tarixi. Hadisələrin inkişaf tarixi.
6. Təbiətin, mədəniyyətin, elmin hər hansı bir sahəsinin ardıcıl inkişaf və dəyişməsini öyrənən elm. Musiqi tarixi. Ədəbiyyat tarixi. – Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) Azərbaycan mədəniyyəti və maarifi tarixində tamamilə yeni və parlaq bir dövr açdı. M.İbrahimov.
7. Əhvalat, hekayə, rəvayət. Tarix uzundur... Tarixi gözdən keçirmək.
8. Keçmiş. [Xristofor:] Bu şux zahirin də faciəli bir tarixi var. Çəmənzəminli.
9. Bir hadisənin dəqiq təqvim vaxtı. Doğum tarixi. // Sənəddə, məktubda və s.-də onun yazılması vaxtı haqqında qeyd (il, ay, gün). Teleqramın tarixi. Əmrin tarixi. Təliqəyə tarix qoymaq. ‣ Tarix boyu – bütün tarix ərzində, bütün dövrlərdə, lap əvvəldən bu günə kimi. Bu qurultay tarix boyu görünməmiş nəhəng bir sıçrayış dövrünün başlandığını xəbər verəcək. M.Hüseyn. Tarixdə görünməmiş – heç vaxt olmamış, bu vaxta qədər misli görünməmiş hadisə haqqında. Tarixdən əvvəl (qabaq) – miladi tarixindən əvvəl (qabaq). Rüstəm kişi Mayanın sözünü kəsdi: – Tarixdən üç yüz il əvvəl deyirsən, onda neçə il elər? M.İbrahimov. Tarixdən əvvəlki (qabaqkı) – 1) miladi tarixindən əvvəlki (qabaqkı); 2) qədim dövrlərə aid olan, yazılı sənəd olmayan. Tarixdən əvvəlki dövrlər. Tarixə (tarixdə) yazılmaq – heç vaxt unudulmamaq, həmişə yadda qalmaq. [Koroğlu:] Mən gərək o Rum paşasına bir divan tutam ki, tarixlərdə yazıla. “Koroğlu”. Tarixin təkərini geri döndərməyə çalışmaq – tarixin qanunauyğun inkişafının qarşısını almağa, geri qayıtmağa çalışmaq. Canlı tarix – bax. canlı. Xəstəlik tarixi – bax. xəstəlik.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

tarix

tarih

Özbekçe—İngilizce Sözlük (Dirks, 2005)

tarix

(Arabic) history; date; chronicle. kasallik ~i health history.

Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)

tarix

a. Tarih. Tarixtin burnuqi – Tarihten önceki. Tarixi Hemidiy – Tarihi Hamidi (Doğu Türkistanlı tarihçi Musa Sayrami'nin (1836-1917) Sultan Abdulhamid II'e bağışladığı Yakup Bey dönemine ait eser).

Karaçay-Malkarca – Türkiye Türkçesi Sözlüğü (Nevruz, 1991)

tarix

tarih. Mızı ulu İsmail Karaçay-Malkarnı ~in cazğandı: Mızı ulu İsmail Karaçay-Malkar’ın tarihini yazmıştır.


Son arananlar: