əhvali-ruhiyyə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
əhvali-ruhiyyə
is.
1. Ruhi hal, ruhi vəziyyət. Düşkün əhvali-ruhiyyə. – ..Fərdiyyətçilik və xüsusiyyətçilik əhvali-ruhiyyəsi ölməkdədir. M.İbrahimov.
2. Bir şəxsin, ya kütlənin, cəmiyyətin fikri, hissiyyatı. İctimaiyyətin əhvali-ruhiyyəsi. – Səlim onu çox yaxşı tanıyırdı. Onun əhvali-ruhiyyəsini tam üç ay idi ki, tədqiq edir. S.Hüseyn.