ədəbi
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
ədəbi
sif. [ər.] Ədəbiyyata aid olan. Ədəbi əsər. Ədəbi cərəyan. Ədəbi irs. Ədəbi müşavirə. Ədəbi müsabiqə. – Əlbəttə, ədəbi ənənənin mütərəqqi məziyyətlərini yaşatmaq gərəkdir və zəruridir. S.Rəhimov. Ədəbi əsər bədii təfəkkürlə bağlıdır. M.İbrahimov. • Ədəbi işçi – qəzet və ya jurnallarda çap edilən materialların dili və üslubu üzərində işləyib onu çapa hazırlayan işçi. [C.Cabbarlı] sonra .. ədəbi işçi və mütərcim vəzifəsində çalışmağa başladı. M.Arif. Ədəbi oğurluq – özgənin əsərini öz adı ilə vermə, yaxud adını göstərmədən özgənin əsərindən istifadə etmə. // Ədəbiyyatla bağlı, əlaqədar. Yazıçının ədəbi fəaliyyəti. Ədəbi dairələr. – Yeni yetişən ədəbi gənclik həmişə Cabbarlının diqqət mərkəzində idi. M.Arif. ‣ Ədəbi dil – ümumxalq dilinin qrammatika, leksika, tələffüz və s. cəhətdən müəyyən normalara malik olan işlənmiş forması. Ədəbi dil normaları. – Səmədin o dövrdəki ədəbi dili təşbehlər, idiomlarla dolu canlı xalq dilidir. O.Sarıvəlli.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
ədəbi
edebî