turklehceleri.org

MEYDAN

Türkiye Türkçesi – Arı Duru Türkçe Sözlüğü (Kuleli, 2013)

meydan

[Köken: Farsça] Alan

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

meydan

is. [fars.]
1. Şəhər və ya kənd, qəsəbə və s. içərisində tikilisiz açıq və geniş düz yer, sahə. Bakıda Azneft meydanı. – Yavaş-yavaş gəlib bir böyük meydana yetişdik. Ə.Haqverdiyev. Çatıb kəndin meydanına düşdük atlardan; Kənd axışdı yanımıza keçmədi bir an. S.Rüstəm.
2. Ümumiyyətlə, düz və geniş sahə; düzənlik, genişlik. Dağın o tərəfi böyük meydandır.
3. Bir işin icrası üçün geniş sahə, yer. Vuruş meydanı. Döyüş meydanı. Təlim meydanı. – [Koroğlu:] Yağı düşmənin hərbəsi; Qaçırtmaz meydandan məni. “Koroğlu”. Gənclərin gücü ilə bir neçə dəfə iməcilik keçirilib, idman meydanı düzəldi. Ə.Sadıq.
4. Obrazlı təşbehlərdə: “geniş”, “enli” mənasında. Əyilməyib, düzdür onun uca qaməti; Sinə meydan, kürək enli, görkəmi dağdır. Ə.Əlibəyli.
5. Yerlik halda: meydanda – ortada, arada, aralıqda. Meydanda bir səbəb yoxdur. Lazım olan şeylərin heç biri hələ meydanda yoxdur. // Yönlük halda: meydana – ortaya, araya, aralığa. Bəli, bizlərdə övrəti boşamaq lazım olanda həmişə meydana bir bəhanə gəlir. C.Məmmədquluzadə. // Yerlik halda xəbər şəkilçisi ilə: meydandadır – aşkardır, göz önündədir, hamı görür. Onun gördüyü işlər hamısı meydandadır.
6. məc. Fürsət, imkan; əlverişli şərait. Mahi-ramazandır, yenə meydan da bizimdir! Meydan da bizim, ərsədə cövlan da bizimdir? M.Ə.Sabir. Bir qız ilən bir gəlinin bəhsi var; Gəlin deyər: – Bu gün meydan məndədir. Aşıq Valeh. ‣ Meydan açmaq – mübarizəyə çağırmaq, döyüşə hazır olmaq, döyüşə girişmək. Minincə öz Qıratına; Meydan açar əsən yelə. A.Şaiq. Qəhrəmanım gülümsədi, qüvvət gəldi qəlbinə; Dalğalara sinə gərdi, meydan açdı o yenə. S.Vurğun. Meydan demək – bax. meydan oxumaq. Meydan deyir qaranlığa; Dayanmadan bir anlığa. S.Vurğun. Meydan düzəltmək – bax. meydan qurmaq. [Xəlfə:] Gəlin aşaq dağ ardına, orda meydan düzəldək, qoy gəlin-qız burda çalıboynasın. C.Cabbarlı. Meydan günü – imtahan, sınaq vaxtı, yoxlama zamanı. Ölənədək dönə bilməz yarından; Meydan günü başın qoyar can ilə. M.V.Vidadi. Meydan qurmaq – toplaşmaq, bir yerə yığılmaq. Meydan quraq, söhbət açaq, saz tutaq; Gül yanaqda qoşa xaldan danışaq. S.Vurğun. Meydan oxumaq – müharibəyə, döyüşə, mübarizəyə çağırmaq, hədələmək. At oynatdı kuyində hər cahangir bir kərə; Ərəb meydan oxudu şövkətli qeysərlərə. Ə.Cavad. [Altunbay:] Mən bütün dünyaya meydan oxuyan bir qüvvətə qarşı dura bilmərəm. C.Cabbarlı. Meydan sulamaq – hökmranlıq etmək, özünü hökmran kimi aparmaq, mənəm-mənəm demək. Ağacın dibində qanadlarını açıb meydan sulayan çil-çil xoruzu [Qaraş] qovdu. M.İbrahimov. Cəmiyyətlə şəxsiyyət arasında hər cür ziddiyyətin silinib yox olduğu bir dövrdə Kərəmov meydan sulaya bilməzdi. İ.Əfəndiyev. Meydan tutmaq – çaşmaq, karıxmaq, özünü itirmək, nə edəcəyini bilməmək. Silanın qəlbi alovlandı. Onu meydan tutdu. S.Vəliyev. Meydan vermək – imkan vermək, mane olmamaq, yol vermək, kömək etmək. [Bəhram:] Yox, verilməz buna meydan; Sarayın öz qanunu var. A.Şaiq. [Firəngiz Cəbrayıla:] Biz [Musaya] öz fikrini deməyə nə vaxt meydan vermişik? B.Bayramov. Meydana atılmaq – özünü qabağa vermək, irəli atılmaq. Bizim .. qırxayaq (xərçəng) kimi geri getməyimizin ümdə səbəbi bizim bilamülahizə fikir meydana atıb yalançı pəhləvan kimi oyun çıxartmağımızdır. Ü.Hacıbəyov. Meydana atmaq – aşkara çıxarmaq, aşkar etmək, hamıya bildirmək. Meydana buyur (buyur meydana) – döyüşə, vuruşa və ya mübahisəyə dəvət. [Şah:] Sən bədəfkar və xəbis cəlladsan; Qorxmuram səndən, buyur meydana sən. Ü.Hacıbəyov. Meydana çıxartmaq – aşkar etmək, göstərmək. Bizim mollalarımız bu iki ilin müddətində, guya ki, bir özgə şəriət meydana çıxarıblar. C.Məmmədquluzadə. “Həyat” Mirzədə güclü dramaturqluq istedadının olduğunu meydana çıxartdı. S.Rəhman. Meydana çıxmaq – aşkar olmaq, zahirə çıxmaq, ortada görünmək. ..Əgər xanım qızlar kişi kimi meydana çıxmasalar, vətən övladının gələcəyə arxayın olmağı çətindir. C.Məmmədquluzadə. Niyə nuri-həqiqət çıxmayır meydanə bilməm ki.. M.Hadi. Meydana gəlmək – 1) mübahisə, mübarizə meydanına daxil olmaq. Bircə nolaydı gələ meydanıma; Ta ki, düşə gözləri cövlanıma. S.Ə.Şirvani. Sədd çəkildi dörd yana; Ağ at gəldi meydana. S.Vurğun; 2) ortaya çıxmaq. Hamamdan gələndən sonra bəyin başı qırxılmaq məsələsi meydana gəlir. R.Əfəndiyev. Meydana qoymaq (çəkmək) – ortaya çıxarmaq, üzə çıxarmaq, zahir etmək, açmaq, bildirmək. Məsələni meydana qoymaq. – Təlxəklər bütün kələklərini meydana qoydular. Çəmənzəminli. Meydanda olmaq – zahirdə, aşkarda olmaq, göz önündə olmaq. Meydanda tək qalmaq – köməksiz olmaq, təkbaşına qalmaq. Bu dəmdə Xəlilə kənardan tamaşa edən olsaydı, onu meydanda tək qalmış və ümidsizlikdən qəddi bükülmüş bir igidə bənzədərdi. M.Hüseyn. Meydandan qaçmaq – axıra qədər bir işi davam etdirməmək, dala çəkilmək, qorxmaq. Meydandan qaçana namus, ar olsun! “Koroğlu”. Meydanı boş (xali) görmək – heç bir maneənin olmamasından istifadə etmək, istədiyini edə bilmək. Meydanı boş görmüsən? – Gördü meydanı adamdan xali; Hərə bir əzmə şitaban oldu. M.Ə.Sabir. Meydanı daralmaq – işlənmə sahəsi azalmaq, məhdudlaşmaq. ..Ərəb [əlifbasının] meydanı gündən-günə daralmaqdadır. F.Ağazadə.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

meydan

alan, meydan

Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)

meydan

a. Meydan, alan. Urush meydani – Savaş alanı. Ékin meydani – Ekin alanı, tarla.


Son arananlar: