əcəl
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
əcəl
is. [ər.] Hər bir canlının, xüsusən insanın qabaqcadan qədərlənmiş ölüm vaxtı. [Ağamurad bəy:] Dünyanın işi belə olur. Əcəli bilmək olmaz. Ömürdür, biri az yaşayır, o biri çox yaşayır. T.Ş.Simurq. // Ümumiyyətlə, ölüm, ölüm çağı. Keçinin əcəli çatanda çobanın çomağına sürtünər. (Ata. sözü). [Mehriban] istəyirdi ki, belə halında, əcəlin soyuq qanadları üzünü oxşarkən Zeynal yatağının yanında, başı üzərində bulunsun. S.Hüseyn. • Əcəl girləmək – bax. əcəli gəlmək. [Nemət kişi:] Görünür, hansı bədbəxti isə əcəl girləyib. M.Hüseyn. Əcəli gəlmək (çatmaq, tamam olmaq, yetmək) – ölüm vaxtı yetişmək. Əcəl gəldi, başım üstə dayandı; Şirin canım eşqin oduna yandı. “Aşıq Qərib”. Nə cütü var, nə kotanı, nə kəli; Ölmək istər, yetişməyir əcəli. A.Səhhət. Xəstə şəfa tapmayıb öləndə deyərdi: – Əcəli yetən adam öləcəkdir, istər həkimi Loğman da ola. S.S.Axundov. Öz əcəli ilə ölmək – təbii ölümlə ölmək.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
əcəl
ölüm
{ölüm}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
əcəl
ecel