əcr
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
əcr
is. [ər.] köhn. Bir iş müqabilində verilən əvəz; qarşılıq. Öz adətin ilə nalə eylə; Əcrini mənə həvalə eylə. Füzuli. [Səlim bəy:] Bu qədər xalqın duası sizin əcrinizdir. M.F.Axundzadə. Güman etməyin ki, Şeyx Şəban əzan verməyinə muzd alırdı. Xeyr, əstəğfürullah, əzan verməyi məhz savab əməl hesab edərdi və əcrini qiyamətdə Allahdan gözləyirdi. Ə.Haqverdiyev. // Cəza mənasında. İndi əcrindir, könül, çək şami-hicrin dərdini; Mən əzəl gün söylədim pəndi-firavanlar sənə. S.Ə.Şirvani. Zülm edən kimsələrin əcri budur. M.Rahim. • Əcrini çəkmək – cəzasını çəkmək. [Vaqif:] Məmməd cəzasına çatmışdır, – dedi, – xanın üzünə ağ olan əcrini çəkməlidir.. Çəmənzəminli. [Zülfüqar:] Qoy əl-ayağı dinc durmayanlar əcrini çəksinlər. B.Bayramov.