əzəmət
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
əzəmət
is. [ər.]
1. Böyüklük, ululuq. İstərsən əgər şahlıq, şöhrət, əzəmət, hörmət; Həm əhdə vəfa eylə, həm faili-peyman ol! Heyran xanım.
2. Dəbdəbə, calal, təmtəraq, ehtişam. Xəlifələrin əzəmət və şöhrəti sönür. M.S.Ordubadi. Üstündən əsrlər adlayıb keçsə belə, Aslanın qurduğu binalar öz əzəmət və təmtərağını itirməyəcəkdir. S.Rəhimov. Bu təpədən baxdıqda Bakının mənzərəsi bütün əzəməti ilə göz qarşısında canlanırdı. S.Rəhman. // Vüqar, qürur. Qaragözlü qız, gəlinlər, ağbirçəkli analar; Duruşunda bir əzəmət, baxışında bir vüqar. R.Rza.
3. zərf Əzəmətlə şəklində – təntənə ilə, ehtişamla, təmkinlə, vüqarla. Sağımızda-solumuzda, önümüzdə; atlılar əzəmətlə durub bizi gözləyirdilər. S.Rüstəm. Bəzən əzəmətlə keçir adamlar; Səngərə çevrilib sıravi damlar. M.Rahim.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
əzəmət
I. böyüklük, ululuq
{büyüklük, ululuk}
II. dəbdəbə, cəlal, təmtəraq, ehtişam
{gösteriş, azamet, görkem, ihtişam}