turklehceleri.org

Əyin

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

əyin

is.
1. Bədənin başdan qeyri bütün hissəsi. Əyninə yeni kostyum geymişdir. Əynində heç bir şey yoxdur (çılpaqdır). – Əynində donu yox, başına papaq axtarır. (Ata. sözü). Həyətin sol tərəfindən Vəliqulu, əynində cındır gödək arxalıq və başında köhnə boz papaq, kürəklə peyin sərirdi. C.Məmmədquluzadə. Əynindəki həmişəlik iş paltarından başqa bircə dəst bayır-bacaq paltarı var idi. H.Nəzərli.
2. Paltar, üst-baş. Əyni köhnədir. – [İkinci kəndli:] Boğazımdan kəsmişəm, əynimdən kəsmişəm, vur-tut [Bakıdan] üç yüz manat pul gətirmişəm. C.Cabbarlı. ..Çimnaz arvad əynini dəyişmək lazım olduğunu təkrar [Nazlının] yadına saldı. Ə.Əbülhəsən. ‣ Əyninə biçilmək – düz gəlmək, tamamilə münasib olmaq (paltar haqqında). [Qoltuqçu:] Elə bil ki, tamamən əyninə biçilibdir, – deyə tərifə başladı.. S.Rəhimov. Əyninə çəkmək – geymək.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

əyin

paltar, üst-baş, geyim
{elbise, üst baş, kıyafet}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

əyin

eyin


Son arananlar: