Ətirli
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
ətirli
sif.
1. Özündən ətir saçan; rayihəli. Ətirli çiçəklər. Ətirli otlar. – Bu bağçalarda ev sahibləri ətirli güllər və çiçəklər əkmişdilər. S.S.Axundov. Sizi bir elçimi göndərmiş bahar; Yoxsa məftunsunuz ətirli gülə? N.Rəfibəyli. Gənc qızlar yüyürüşüb oğlanın başına ətirli dağ çiçəklərindən .. hörülmüş çələnglər qoydular. M.Rzaquluzadə. // Xoşiyli, gözəl iyi olan. Ətirli alma. – Doğrudan da, tütün çox ətirli .. idi. M.Rzaquluzadə.
2. Ətir vurulmuş, ətirlənmiş. Ətirli yaylıq. Ətirli saç.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
ətirli
iyli, rayihəli
{güzel kokulu, rayihalı}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
ətirli
kokulu