turklehceleri.org

Ərəb

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

ərəb

is.
1. Ön Asiyada və Şimali Afrikada yaşayan, sami dilləri qrupuna daxil olan xalq və bu xalqa mənsub adam. Ərəb dili. Ərəb xalqı. Ərəb ölkələri. – Türk, hindu, ərəb, əcəm bilməz; Nuri hər yanda artar, əskilməz. H.Cavid. Haqq yolunda mübarizə şüarıyla çıxdın yola; Ərəb qızı, bu əzmində sənə min-min uğur ola! N.Rəfibəyli.
2. məc. Qara adam, zənci mənasında. Bu lap ərəbdir ki. ‣ Ərəb atı – xüsusi cins, əla minik atı. Səyirtdi düzlərdə ərəb atları; Ayaqlar altında insan başları. S.Vurğun. Ərəb rəqəmləri – Rum rəqəmlərinə qarşı olaraq indi işlənməkdə olan rəqəmlər (1, 2, 3 və s.). Ərəb rəqəmləri qədim vaxtlarda heç bir millət arasında mütədavil deyildi. F.Ağazadə.


Son arananlar: