turklehceleri.org

Əlif

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

əlif

I. is [ər. əsli qəd. yəh.]
1. Ərəb əlifbasının [ şəklində yazılan birinci hərfinin adı. Əlifi dirək sayır, cimi çəngəl. (Məsəl). Bilmək nə gərək kim, bu əlifdir, bu da beydir? Həvvəz, sora hütti, bu nə heydir, o nə heydir? M.Ə.Sabir. Mirzə Həsən: – Necə ki Avropa, habelə Asiya millətlərinin hürufatının əvvəlincisi “a” sövtünün əlamətidir ki, biz ona “əlif” deyirik. C.Məmmədquluzadə.
2. məc. Düz, şax, şaquli mənasında. Həsrətindən əlif qəddim büküldü; Cismim bəndi yerbəyerdən söküldü. M.V.Vidadi. • Əlif qəddi dal (yay, nun) olmaq, əlif qəddi dala (yaya, nuna) dönmək klas. – beli bükülmək. Hicran gecələri qayğu çəkməkdən; Əlif qəddim əyri yayə dönübdü. “Qurbani”. Həsrətindən əlif qəddi dal olub; Mat qalıbdır, şirin dili lal olub. M.P.Vaqif. Əlifdən başlamaq – lap əvvəldən, lap başdan başlamaq.

II. [yun.] Yağlı boya hazırlamaq üçün bişmiş kətan, ya çətənə yağı, yaxud süni surətdə hazırlanmış yağ. Əlif yağı. – Əlif yağları tünd və açıq rəngli, şəffaf olur. “Əmtəəşünaslıq”.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

əlif

düz, şax
{doğru, şah}


Son arananlar: