turklehceleri.org

Əlavə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

əlavə

[ər.]
1. sif. Əsas şeyin üstünə artırılan; üstəlik. Əlavə xərc. Əlavə seans. Bu gün iki əlavə dərs oxuduq. Əlavə vaxt vermək lazımdır. – Məncə, bu .. otağa əlavə bir qapı açmaq lazımdır. M.S.Ordubadi. Cavanları tərbiyələndirmək, onları ölkə üçün yetişdirib boya-başa çatdırmaq əlavə diqqət və qayğı tələb edirdi. M.Hüseyn. • Əlavə etmək – üstünə artırmaq, qoymaq. Məbləğin üstünə iki manat əlavə etmək. Çaya qənd əlavə etmək; // üstəlik olaraq demək və ya yazmaq. Məktuba bir neçə söz əlavə etdi. Mən bu gündən işə başlayacağam, – deyə əlavə etdi. – Zeynal əlavə etdi: – Biz bundan sonra bir damın altında bərabər yaşaya bilməyəcəyik. S.Hüseyn. Sonra əlavə etdi: – Mən bu səsi eşitməyi çox xoşlayıram. M.Rzaquluzadə. Əlavə olaraq – üstəlik olaraq, əlavə kimi, əlavə şəklində. [Mirzə Qədir] öz istirahətini pozub otaqların birini də verməli, əlavə olaraq [Nəsirə] ailəsini keçindirə biləcək bir maaş da təyin etməli idi. S.Hüseyn. [Usta Qəzənfər:] Dəniz neftçiləri .. əlavə olaraq dövlətə tonlarla neft veriblər. Z.Xəlil. Əlavə olunmaq – üstəlik artmaq. [Onu] əridən araqla papiros idi. Son günlərdə qorxu da əlavə olunmuşdu. Ə.Vəliyev.
2. is. Kitaba, ayrı-ayrı fəsillərə, yazıya və s.-yə artırılan hissə, bəhs və s. Kitabın axırında əlavəsi var. Dissertasiyanın hər fəslinə əlavə verilmişdir. – Xoşqədəm çay süzürdü. Mən əlavələrin yerini müəyyənləşdirirdim. Ə.Vəliyev.
3. is. Məcmuə və ya qəzet abunəçilərinə artıq, üstəlik olaraq göndərilən kitabça və s.
4. Qoş. mənasında: ...başqa. İş bilməyən, ancaq yemək-içməkdən əlavə; Bu canlı dəyirmanlarına şükr, xudaya! M.Ə.Sabir. Əlavə, Haşımdan başqa onların bir köməyi yox idi. B.Talıblı. • Bundan əlavə – bundan başqa, üstəlik olaraq. Bundan əlavə, dəxi Yusif şahda həzar gunə özgə eyblər tapdılar. M.F.Axundzadə. Bundan əlavə, Qaraca qız özü də oynamağı tərk etmişdi. S.S.Axundov.
5. Xüsusi terminologiyada: artım, törəmə, bir maddənin, məhlulun və s.-nin tərkibinə, üstünə əlavə edilən maddə və s. Dizel yanacaqlarına başqa əlavələr qatılır.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

əlavə

I. üstəlik, artım
{üstelik, ilâve}

II. başqa
{başka}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

əlavə

ek, ilave, küsur, zam


Son arananlar: