turklehceleri.org

qaşqa

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qaşqa

is.
1. Ümumiyyətlə, mal-qaranın, xüsusilə at, inək və öküz kimi iri ev heyvanlarının alnındakı ağ ləkə. // sif. Alnında qaşqası olan. Qaşqa inək. Qaşqa day. Qaşqa dana. – [Pəricahan xanım:] Qaşqa at altımda qoruqdan gəlirdim. S.S.Axundov. Əqlin baltasıyla vurdu başından; Sındırdı öküzün buynuzlarını; Milyon il dedilər: – Qaşqa öküzlə; Çatıbdır şöhrətə, şərəfə dünya. B.Vahabzadə.
2. məc. Alnın tam ortası. Ovçu quşu qaşqasından vurmuşdu. – Qaşqası böyük olanın sözü çox danışılar. (Ata. sözü). Qızdırmalı bir bayqınlıq içində Tərlanın alnındakı qaşqanı yaxından nişan alıb, tətiyi çəkdim. Ə.Məmmədxanlı.


Son arananlar: