Əda
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
əda
I. is. [ər.]
1. Tərz, tövr, üslub. Bu nə ədadır? – [Hacı Əhməd:] [Almaza] Sən ki bu yol ilə, bu əda ilə bizə yaxın gəldin, biz kəndlilərin bütün malımız, canımız, hər bir şeyimiz sənə qurbandır. C.Cabbarlı. Usta bunu elə bir əda ilə dedi ki, Azad ona baxıb düşündü. S.Rəhman. Eldarın xoş bir əda ilə: – Buyurun, buyurun! – dediyini eşitdim. M.Rzaquluzadə. // Özünü aparma tərzi, hərəkət tərzi; adət, xasiyyət. Bu nə ədadır? Pis əda. Yoldaşının ədalarını öyrənib.
2. Naz, qəmzə, şivə, şıltaq. Qadan alım, ey qaragöz, sənə bu əda neçindir? Nə üzü qaralıq etdim, mənə bu cəfa neçindir? S.Ə.Şirvani. [Knyaz:] İçəlim, badə verir ruhə qida; Varsın, olsun məzəmiz işvə, əda! H.Cavid. İndi ədaların yadına düşüb; Yandırırmı səni, yaxırmı səni? R.Rza.
3. İddia, təşəxxüs. Bunun ədasına bax!
4. İş, əməl. Ədası başqa, sözü başqa.
II. [ər.]: əda etmək – 1) vermək, ödəmək, ödəyib qurtarmaq. [Nəcəf bəy:] Əgər vədə tamamında borcumu əda etməsəm, girovdan məyusam. Ə.Haqverdiyev; 2) yerinə yetirmək. [Ağa Salman:] Gedim, sərbazları görüm, əhvalatı xəbər alım ki, mürafiə vaxtında şəhadətlərini əda etsinlər. M.F.Axundzadə. Amma mətəəssüf öz borclarımızı nəinki layiqincə əda etmirik, hətta .. sağmal inəyimizin boğazına bıçaq sürtənlərə kənardan arxayın tamaşa edirik. F.Köçərli. ..Öhdəmizə götürdüyümüz .. vəzifəni əda etməkdə bacarığımızı və səyimizi əsirgəməyəcəyiz. C.Məmmədquluzadə; 3) icra etmək, ifa etmək, qılmaq. Şah .. şam və xüftən namazını əda etdi. M.F.Axundzadə. Ramazanın yovmiyyə namazını orada əda edirdim. C.Məmmədquluzadə.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
əda
I. naz, qəmzə, işvə
{naz, eda, işve}
II. iddia, təşəxxüs
{gurur, kibir}
III. tərz, tövr, qayda, üsul
{tarz, tavır, kaide, usul}
IV. iş, əməl
{iş, amel}