şələ
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
şələ
is. Arxada aparıla biləcək qədər bağlanmış yük (şax, odun və s.). Şələ bağlamaq. – [Niyaz:] Sən də ki odunçusan, hər gün gəlib, burada bir şələ odun tapırsan, deyirsən, bəxtim gəlib. Ə.Haqverdiyev. Bir gün eşq sevdasından məst olmuş Nadir dalında bir şələ odun gətirdi. B.Talıblı. [Gülcahan:] Get, meşənin ətrafından quru odun budaqlarından bir şələ topla gətir. T.Ş.Simurq. ‣ Şələni qoy, gəl dalaşaq (döyüşək) – heç bir səbəb olmadan dalaşmağa can atan adam haqqında. [Kişi:] Gördüm ki, bu oldu şələni qoy yerə, gəl döyüşək. “Kirpi”. Şələsini sudan çıxarmaq (çıxara bilmək) – bax. çulunu sudan çıxarmaq (“çul”da). [Xanpəri:] Bu gündən sübut edəcəyəm ki, mənim heç kimə minnətim yoxdur. Özüm öz şələmi sudan çıxara bilərəm. Ə.Vəliyev. Şələsini tutmaq – bax. yükünü tutmaq (“yük”də).
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
şələ
I. yük, bağlama
{yük, bağlama}
II. böyük, iri
{büyük, iri}