turklehceleri.org

rəva

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

rəva

is. [fars.]
1. Caiz, layiq, münasib. • Rəva bilmək (görmək) – məsləhət bilmək (görmək), caiz bilmək, layiq bilmək (görmək). [Pəri xanım:] Bəs bu axır ömrümdə, sən rəva görürsən ki, mən Şölə xanımın qucağında oğul görməyib ölüm? M.F.Axundzadə. [Baftai Pərşana:] Siz gərək rəva görməyəsiniz ki, Azər tapılmadığı üçün sərhəng Ehtişami məni baş vəzirin qəzəbinə qurban verə! Ə.Məmmədxanlı.
2. Rəvadırmı və ya rəvamıdır şəklində – məsləhətdirmi, layiqdirmi, caizdirmi. [Qərib:] Rəvamıdır Qərib burda gözləyə. “Aşıq Qərib”. [Yusif:] Gör heç rəvadırmı ki, illər ilə bəslədiyin gözəl fikirlər bir dəqiqədə puç ola. N.Nərimanov.


Son arananlar: