turklehceleri.org

şüur

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

şüur

is. [ər.]
1. Dərrakə, anlaq, düşünmə; dərk etmə, anlama qabiliyyəti. • Şüuru dolaşmaq – sözünü, işini, hərəkətini bilməmək; ağlı çaşmaq. [Alagöz] başını itirir, onun .. şüuru dolaşırdı. S.Rəhimov. Şüuruna çatmaq – başa düşmək, anlamaq. Bayram gah yasavullara, gah da kəndlilərə baxır və elə bil qocanın sözləri onun şüuruna çatmırdı. M.Hüseyn. Bu dəfə qızın sualı İlyasın şüuruna çatdı. Ə.Məmmədxanlı. // Şüurluluq. Şüurun inkişafı tərbiyənin ən əsas məqsədlərindən biridir. Şüurunu itirmək – 1) bayılmaq, ağlını itirmək. Xəstə qızdırmanın şiddətindən şüurunu itirdi. – [Səmirə:] Nə vaxt və necə şüurumu itirdiyim yadıma gəlir. M.Hüseyn; 2) dəli olmaq, sərsəmləmək, ağlı başından çıxmaq.
2. Düşüncə, ağıl, fəhm. [Yaşlı kişi:] Gənclik hissiyyatım məni ona tərəf çəksə də, şüurum belə bir işdən çəkinməyi mənə tövsiyə edirdi. S.Hüseyn. // Qanacaq.
3. İctimai həyatın insan və ya bir qrup adam tərəfindən dərk edilməsi, başa düşülməsi, anlaşılması. Siyasi şüurun artması. Vətəndaşlıq şüuru. – ..Bir yazıçının şüuruna başqasının fikrini yerləşdirmək xam xəyallardandır. M.S.Ordubadi.
4. fəls. psix. İnsan beyninin gerçəkliyi əks etdirmə prosesi. Şüur beynin funksiyasıdır. Materiyanın birinciliyi və şüurun ikinciliyi. // Müəyyən ictimai sinifləri təmsil edən adamların psixologiyası, siyasi və fəlsəfi baxışları, dini, bədii və s. görüşləri. Varlıq şüuru müəyyən edir. İctimai şüur. Dini şüurun formaları.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

şüur

I. düşüncə, idrak
{düşünce, idrak}

II. fikir, hiss
{fikir, his}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

şüur

bilinç, şuur


Son arananlar: