şit
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
şit
sif.
1. Duz qatılmamış, duzsuz. Şit pendir. Şit kərə. – [Mahmud:] Bir kətəyə bax, şit yağı da basıblar arasına, adamın ağzının suyu axır. Ə.Haqverdiyev. // Duzu az, lazımınca duzlanmamış. Şit xörək.
2. məc. Danışığı, hərəkətləri yüngül, qeyriciddi, bayağı; duzsuz. Şit adam. – Zeynalın şit hərəkəti bitməyirdi. A.Şaiq. [Qumru] Bünyada şit görünən bir tərzdə gülümsünüb dedi. Ə.Əbülhəsən. // məc. Dəcəl, sırtıq, üzlü, həyasız, şuluqçu. Bizim şit uşaqlar və başqasına istehza etməkdən zövq alan adamlarla işimiz yoxdur. M.İbrahimov. // Çox maraqsız, duzsuz, ət tökən. Şit söhbətlər. Şit zarafat. ‣ Şit çıxmaq – yerinə düşməmək; yersiz, münasibətsiz, qeyri-ciddi görünmək. Yox, çoban, bu tutmadı, – deyə, Alı güldü, – budəfəki məsələn şit çıxdı. Ə.Əbülhəsən. Şiti çıxmaq – 1) həddindən artıq bayağı görünmək, yersiz olmaq, həddini aşmaq, ifrata varmaq; 2) həddindən artıq çox olmaq, görünmək. Şitini (şitini-şorunu) çıxartmaq – öz hərəkətində hədd-hüdud bilməmək, həddini aşmaq, ağ eləmək, ifrata varmaq. Lap şitini çıxartdıq.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
şit
I. kərə, duzsuz (yağ)
{tere, tuzsuz (yağ)}
II. yüngül, qeyri-ciddi, dəmdəməki
{hafif, ciddiyetsiz, sözünde durmaya}