şirin
Türkiye Türkçesi – Arı Duru Türkçe Sözlüğü (Kuleli, 2013)
şirin
[Köken: Farsça] Sevimli, Yakımlı
Türkiye Türkçesi – Tatarca Sözlük (Ganiyev, 1998)
şirin
с. 1) татлы; 2) сөйкемле, мөлаем
Karşılaştırmalı Türk Lehçeleri Sözlüğü (Ercilasun, 1991)
şirin
Türkiye Türkçesi: şirin
Azerbaycan Türkçesi: mälâhätli äziz
Başkurt Türkçesi: höykömlö yağımlı
Kazak Türkçesi: süykimdi unamdı
Kırgız Türkçesi: süykümdṻ şirin
Özbek Türkçesi: yàkımli körkäm
Tatar Türkçesi: söykimli yağımlı
Türkmen Türkçesi: gelşikli görmekli
Uygur Türkçesi: yekımlik illık
Rusça: priyatnıy milıy simpatiçnıy
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
şirin
sif. [fars.]
1. Ağızda şəkər, bal və s. kimi xoş tam verən; dadlı, ləzzətli (acı ziddi). Şirin armud. Şirin meyvə. – [Tapdıq] bir stəkan şirin çay içdi. Ə.Vəliyev. Respublikamızda şirin nar, göy nar, mələkeş narı .. və sair qiymətli yerli nar sortları da becərilir. İ.Axundzadə. // Şəkərlə, balla, mürəbbə və s. ilə hazırlanan. Şirin qoğal. Şirin yeməklər.
2. zərf məc. Ləzzətlə, böyük həvəslə, iştaha ilə, şirin-şirin. ..Rəna elə şirin yatmışdı ki, qulağının dibində top da atılsaydı oyanmazdı. E.Sultanov. [Səlim] gələrkən qonaqlar şirin yeməklə məşğul idilər. S.Hüseyn. [Pərzad xala] bişirdiyi xörəyin şirin yeyilməsindən bildi ki, o hər şeydə naşı olsa da, əl suyu verməkdə, aş bişirməkdə ustadır. Mir Cəlal.
3. İçməli, içməyə yarar (su haqqında). [Növrəstə:] Bu gün, günorta çağı su budkası açılıb, kəndə şirin bulaq suyu axacaqdır. Ə.Haqverdiyev. // Tərkibində duz olmayan (şor ziddi). Şirin su balıqları.
4. məc. Xoş, səfalı, dadlı, zövqverici, ləzzətli. Şahın ömründən ancaq iyirmi iki il keçmişdi. Məlumdur ki, bu sində həyat necə şirin və əzizdir, xüsusən ki, .. təxti-səltənətin üstündə. M.F.Axundzadə. // məc. Çox qiymətli, çox əziz. [Alı:] Həsən xan, insan üçün dünyada hər naz-nemətdən şirin şey gözdür. “Koroğlu”. [Əhməd:] Qoyaram yolunda şirin canımı; Soraqlaşıb Qəribini taparam. “Aşıq Qərib”. İstədi, can verdim, qədir bilmədi; O şirin canına qurban olduğum. Ə.Cavad.
5. məc. Ürəyəyatan, xoşagələn, xoş. Şirin söz. Şirin danışıq. – [Rüstəmin] indi də üzgözü gülür, səsi şaq-şaq şaqqıldayır, ağzından şirin və mehriban sözlər çıxırdı. M.İbrahimov. [S.Vurğunun] hər məclisdə şirin sözü, söhbəti vardı; Dolaşırdı nəğmələri ellər içində. Ə.Kürçaylı. • Şirin dil – ürəyəyatan, xoşagələn. [Şahbaz bəy:] Necə şirin dil ilə yaxasın qıraq çəkir, dəxi niyə titrəyirsən? M.F.Axundzadə. Mirzə Möhsün tarixə yaxşı bələd, hafizəsi düzgün, söhbəti və dili şirin, qoca bir müəllimdir. Qantəmir.
6. məc. Xoş, səfalı, fərəhli, məsud. Şirin tələbəlik illəri. Şirin ailə həyatı. – Uşaqlıq! Nə şirin, nə təmiz, gözəl aləmsən. Mir Cəlal. // məc. Qızğın, canlı, maraqlı. Lütfəli bəy və bir neçə bəylər oturub şirin söhbət eyləyən vaxtda Nəbi içəri girir. “Qaçaq Nəbi”. Qarı şirin söhbətlə hamının diqqətini cəlb etmişdi. S.Qədirzadə. [Fərəc kişi:] Şirin (z.) işlədiyimiz yerdə birdən-birə fısıldayıb durdu. Q.İlkin. // məc. Xoşagələn, mehriban, riqqətli. [Nadir] .. yorğan-döşəkdə yatdığını və anasının mehriban rəftar və şirin sözlərindən təsəlli tapdığını xatırladı. B.Talıblı. Gəncliyin qəribə xəyalları [Nuriyəyə] şirin vədlər verirdi. İ.Əfəndiyev. • Şirin gəlmək – xoş gəlmək, ləzzət vermək, ürəyə yatmaq. ..Orada sakin olanların malı quldurlara çox şirin gəlir. Ə.Haqverdiyev.
7. Bəzi yeməli bitkilərin adlarının tərkib hissəsi. Şirin biyan. Şirin bibər.
8. Çox gözəl olmadığı halda, olduqca sevimli, cazibəli görünən; qanışirin, suyuşirin. Şirin qız. Şirin uşaq. ‣ Şirin cana qəsd eləmək – 1) öldürmək. Əyibdi qəddimi qaşların tağı; Qəsd eləyib şirin cana gözlərin. Sarı Aşıq; 2) zar. Çox işləməklə, çalışmaqla özünə əziyyət, əzab vermək. [Fərəcov Yusifə:] Şirin cana yaman qəsd eləmisən ha! B.Bayramov. Şirin dil tökmək, şirin dilə tutmaq – şirin sözlərlə aldatmağa, yola gətirməyə çalışmaq. [1-ci kəndli:] Eşidirsən, nə şirin dillər tökür? Ə.Haqverdiyev. Xumar [Mehrinin] yan-yörəsinə keçdi, şirin dilə tutdu, rəfiqəsinin boynuna sarıldı. V.Şıxlı. Şirin ət – bədənin hər hansı bir yerinin yumşaq, qalın əti. Qıçın şirin əti. Qolun şirin əti. – Qarşı-qarşıya duran iki qəbilə müməssilərinin sol əllərini qaldıraraq, baş barmaqlarının şirin ətini cızdılar və çıxan qanı .. yeddi daşa yaxdılar. Çəmənzəminli. Şirin yuxu görmək, şirin yuxuya getmək, şirin yuxuda olmaq – xoş; rahat, ləzzətlə yatmaq mənasında. [Qaraş] Mayanı şirin səhər yuxusundan ayıltmaq istəməyərək ehtiyatla geyinib çölə çıxdı. M.İbrahimov. Xasay şirin bir yuxudan ayılmış kimi geri qanrılaraq anasına tərəf baxdı. Ə.Vəliyev. Bülbül, fəğan etmə bu gecə yarı; Şirin yuxudadır hələ nazlı gül. N.Rəfibəyli.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
şirin
I. dadlı, ləzzətli
{tatlı, lezzetli}
II. nəvazişli, zərif, incə, duzlu
{narin, zarif, ince, tuzlu}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
şirin
tatlı
Türkmencenin Açıklamalı Sözlüğü (Kyýasowa, 2016)
şirin
syp. 1. Süýji, tagamly, lezzetli. Şirin şerbet. Şirin çakyr. 2. göç.m. Ýakymly, mylaýym, jana ýaramly, labyzly. Şirim söz. Şirin mukam. Şirin saz. 3. Gyza dakylýan at.