şaşqın
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
şaşqın
sif.
1. Nə edəcəyini bilməyəcək dərəcədə fikirli, özünü itirmiş, çaşmış, çaşıb qalmış, qarıxmış, çaşqın. Hikmət İsfahani ağır bir təəssürat altında saraydan çıxdı. Fikri şaşqın, qəlbi həyəcanlı idi. M.İbrahimov. Qız [oğlanın] şaşqın tərəddüdünü görüb gülümsədi. İ.Əfəndiyev. // Zərf mənasında. Gülzar bir şey axtaran və ya kömək gözləyən kimi, şaşqın o yan-bu yanına baxdı. T.Ş.Simurq. Gülyaz gecəyarısı şaşqın halda oyanıb, Səmədi evdə görmədi, onun haraya getdiyini dərhal anladı. M.Hüseyn.
2. Sərsəm, ağlını itirmiş. [Qızlar:] Şaşqındır o divanə; Gəl, gəl, oluruz rüsva. H.Cavid. // is. Şaşqın adam. [Rauf:] Əvət, şaşqınlar daim əsəbi və bədbin olurlar. H.Cavid.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
şaşqın
şaşkın