turklehceleri.org

çəngəl

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

çəngəl

is. [fars.]
1. Yeyilən şeyin parçalarını götürmək üçün bir neçə uzun dişi olan alət. Qubernator çəngəlin ucu ilə xörəyi yoxlayaraq soruşdu.. M.S.Ordubadi. Qafar əllərini yuduqdan sonra kiçik şkafdan stol üstünə boşqab və çəngəl qoydu. Ə.Əbülhəsən.
2. Şey asmaq üçün qarmaq; asılqan, asqı. ..Stolun üstünə təmiz bir örtük salınmış, ağ üz dəsmalı əlüzyuyanın yanındakı çəngəldən asılmış, çay dəsgahının və yemək qablarının üstünə ağ dəsmal salınmışdı. M.S.Ordubadi. [Maral] sonra da şalını açıb, çəngəldən asdı. Ə.Əbülhəsən. // Kəsilmiş heyvanların cəmdəyini və iri ət parçalarını asmaq üçün iri qarmaq; qənarə. Çəngəldən asılan şaqqalar süni yarpaqlarla bəzənmişdi. Çəmənzəminli.
3. Şey qaldırmaq üçün ucu yuxarı əyilmiş mil; qarmaq. Qaldırıcı kranın çəngəli.
4. tex. Haça şəklində olan müxtəlif şeylərin, alətlərin adı. Ştepsel çəngəli.
5. Şahmat oyununda: bir fiqurun eyni zamanda iki və ya bir neçə fiquru təhlükə altına aldığı vəziyyət. Piyadanın iki düşmən daşına birdən hücum etməsi çəngəl adlanır. “Şahmat oyunu”.
6. hərb. Atılan mərmilərdən birinin hədəfdən uzağa, o birinin isə yaxına düşməsi nəticəsində doğan vəziyyət. Hədəfi çəngələ almaq.
7. məc. İnkişafa, tərəqqiyə, sərbəstliyə mane olan, onlara imkan verməyən şey haqqında; çəng. Millətin yüz minlərlə oğul və qızlarını ehtiyac, zülm və elmsizlik çəngəlindən qurtarmadan milli oyanma mümkün deyildi. M.İbrahimov. [Ovçu:] Mövhumat çəngəlində məhv olan sevgilimin intiqamını almalıyam. Ə.Məmmədxanlı.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

çəngəl

çatal, çengel, elektrik fişi, kanca


Son arananlar: