şaqraq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
şaqraq
I. sif. Şən, nəşəli, sevincgətirən, fərəhgətirən, ürəkaçan. Gözəldir baharın ilıq nəfəsi; Gözəldir bülbülün şaqraq nəğməsi. A.Şaiq. Şəhər tərəfdən qopan şən və şaqraq səslər şüalar kimi aləmə yayıldı. Mir Cəlal. Uşaqlar içində bir qız da vardı; Könlümü oxşardı şaqraq səsiylə. B.Vahabzadə.
II. bax. qarquşu.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
şaqraq
şux, şən, şad, sevincli, fərəhli
{şuh, şen, şad, sevinçli, ferah}