şaqqalamaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
şaqqalamaq
f. Şaqqa halında bölmək, parçalamaq; iki parçaya ayırmaq. [Qulu] ..qəssab kimi qızğın halda inəyi şaqqalayırdı. M.İbrahimov. Məmməd kişi həyətdə təzəcə kəsdiyi qoyunu şaqqalayırdı. S.Rəhman. Sonra Soltan xəncərini siyirib, ayını şaqqaladı. İ.Əfəndiyev. // Məc. mənada. [Fatma xanım:] Xiyar əyri bitəndə, a qız, analı-qızlı məni şaqqalayacaqsınız. N.Vəzirov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
şaqqalamaq
parçalamaq, doğramaq, çapmaq
{parçalamak, doğramak, çarpmak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
şaqqalamaq
ikiye ayırmak