turklehceleri.org

Şərbət

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

şərbət

is. [ər.]
1. Meyvə şirələrinə və ya adi suya qənd qatmaqla hazırlanan şirin içki. // Sirop. Bayram zamanı hil, darçın, zəncəfil, qəhvə çayı da vermək adət idi. Bundan əlavə, şərbət də verərdilər. H.Sarabski. Surahılar şərbət və şərablarla doldurulub, sərin bulaqlara qoyulmuş məzələr, xuruşlar boşqablara düzülmüşdü. M.Rzaquluzadə.
2. məc. Müqayisələrdə şərbət kimi şirin şey mənasında. Hər kəlmən şərbətdir, dodağın nabat; Haq səni göndərib aləmə sövqat. (Qoşma). Nə şərbətdir qəmin kim, içdikimcə əskilir səbrim; Nə sehr eylər rüxün kim, baxdığımızca rəğbətim artar. Füzuli.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

şərbət

şirə, sirop
{tatlı, şurup}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

şərbət

şerbet


Son arananlar: