ŞİKAYƏT
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
şikayət
is. [ər.]
1. Öz halından və ya başına gələn bir dərd və acıdan ah-zar etmə; məmnuniyyətsizliyini izhar etmə; giley. İllər ayrısıyam, gəl qucaqlaşaq; Sevdiyim, şikayət zamanı deyil. Q.Zakir. Ata-anasını görcək qız həyatından şikayətə başlardı. H.Sarabski. Bu nə şikayətdir, bu nə nalədir? B.Vahabzadə. • Şikayət etmək (eləmək) – narazılığını, məmnunsuzluğunu bildirmək, gileylənmək, ah-zar etmək. Xəstəliyindən şikayət etmək. – Şikayət eyləmə, biganədən səfa gəlməz; Nə gəlsə başına, ey xəstə, aşinadəndir. S.Ə.Şirvani. [Mirzağa] hər zaman şikayət edər, keçmiş günləri xatırlar, onların geri qayıtmasını arzu edərdi. S.Hüseyn.
2. Birinin haqsızlığı və düzgün olmayan hərəkəti barəsində rəsmi şəkildə verilən məlumat, ərizə. [Qasıməli:] Xala, qlava Xudayar bəyin şikayətinə görə oğlun Vəliqulunu tutub atdı dama. C.Məmmədquluzadə. • Şikayət etmək – 1) birinin özü barəsində edilən haqsızlıq haqqında rəsmi məlumat vermək. Kimin İskəndər bəyin əlindən hökumətə şikayət etməyə cürəti vardı? Ə.Haqverdiyev; 2) şikayətlənmək. Birindən şikayət edəsən əgər; Danışmağa qoymaz, sözünü kəsər. Q.Zakir.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
şikayət
I. giley
{sitem}
II. ahünalə, sızıltı
{inilti, sızı}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
şikayət
şikâyet