turklehceleri.org

pambıq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

pambıq

is.
1. Qozalarının içindəki liflərindən iplik hazırlanan kolşəkilli birillik cənub bitkisi, həmçinin bu bitkinin ağrəngli lifləri. Pambıq əkini. Pambıq tədarükü. Pambıq bitkisi ən qədim mədəni bitkilərdən biridir. – Yolun hər iki tərəfində pambıq kollarının düz cərgələri uzanıb gedirdi. Ə.Əbülhəsən. • Pambıq sovkası zool. – bitkilərə (əsasən, pambıq bitkisinə) ziyan vuran zərərverici. Pambığa ən təhlükəli ziyanvericilərdən biri pambıq sovkasıdır. Pambıq zavodu – yığılmış pambığı çiyid və s.-dən təmizləyərək onu ilk emal edən müəssisə. [Qaçay:] Pambıq zavodunda iş olduğunu eşidib, Mirzə Cəmilin hüzuruna təşrif gətirdi. Ə.Vəliyev. Pambıq məntəqəsi – yığılmış pambığı qəbul edib, pambıq zavodlarına göndərən məntəqə.
2. Həmin bitkinin tibb və məişətdə işlədilən təmizlənmiş liflərdən ibarət tüklü tiftik kütləsi. Yaraya pambıq qoymaq.
3. Pambıq ipliyindən toxunmuş, yaxud içərisinə pambıq qoyulmuş. Pambıq parça. Pambıq yorğan.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

pambıq

pamuk


Son arananlar: