Şüa
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
şüa
is. [ər.]
1. Günəşdən və başqa bir işıq mənbəyindən çıxan işıq telləri. Günəş şüası. İşıq şüası. – İlk baharın yeni həyatverici günəşi, özünün ilıq və munis şüasını ətrafa saçmaqla qışın bıqdırıcı və soyuq havasına qələbə çalmaqda idi. S.Hüseyn. Günəşin şüaları qüvvədən düşmüş və yayda saçdığı hərarəti verməkdən aciz idi. T.Ş.Simurq.
2. xüs. Adətən cəm şəklində. Hər hansı enerjinin yayılma xətti. Rentgen şüaları. İstilik şüaları. Radium şüaları. ‣ Şüa xəstəliyi – radioaktiv maddələrin orqanizmə təsiri nəticəsində törəyən xəstəlik.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
şüa
şö’lə, işıq
{şule, ışık}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
şüa
ışın