turklehceleri.org

İşıqlı

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

işıqlı

sif.
1. Güclü işıq verən, işıq saçan, işığı yaxşı olan, parlayan. İşıqlı lampa. – Havanın üzü ləkəsiz olduğu üçün işıqlı ulduzlar ötədə-bəridə fərq edilirdi. S.Hüseyn. Ay işıqlı, göy ulduzlu, yol aydın; Könlüm evi çıraqbandır bu gecə. R.Rza.
2. Yaxşı işıqlandırılmış, işıqla dolu, çox işıq düşən. İşıqlı otaq. İşıqlı salon. – Sarayın geniş, işıqlı, yaraşıqlı foyesində neft qabaqcıllarının .. şəkilləri vurulmuş böyük şərəf lövhəsi var idi. M.Rzaquluzadə. Mehriban .. uzun, işıqlı dəhliz ilə gedib sola döndü.. H.Seyidbəyli.
3. Şəffaf, parlayan, təmiz, ləkəsiz. İşıqlı şüşə. İşıqlı səma. – Xoşladığım bir gecə; yerlər, göylər işıqlı; Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı. M.Müşfiq. Elə bil çayın suyu aya qədər ucalmaq, aydın səmanın işıqlı sifətini öz bulaşığına boyamaq istəyirdi. Ə.Vəliyev.
4. məc. Fərəhli, məsud, xoşbəxt. İşıqlı gələcək. İşıqlı günlər. – Bir işıqlı dünya var – haqq-ədalət dünyası! Ə.Cəmil. // məc. Yaxşı, gözəl, nəcib. Həyatın işıqlı və qaranlıq cəhətləri.
5. məc. Açıq, aydın, parlaq (fikir, ağıl haqqında). [Zeyd:] Qeys işıqlı bir zəkadır, cəhalət ona məcnun damğası vurur. Ə.Məmmədxanlı. ‣ İşıqlı dünya – yaşadığımız dünya, aləm. Nağıllarda Simurq quşu qəhrəmanı qaranlıq dünyadan işıqlı dünyaya çıxarır. – Dərviş ucaboylu, arğaz, uzunsaçlı və saqqallı idi. Gözlərindən və üzündən bunun yuxu və məşəqqət və işıqlı dünyada cəhənnəm oduna düçar olduğu görünürdü. A.Divanbəyoğlu.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

işıqlı

I. enerjili
{enerjik}

II. nurlu, ziyalı
{nurlu, parlak}

III. şəffaf, parlayan, təmiz, ləkəsiz
{şeffaf, parlak, temiz, lekesiz}

IV. ferəhli, məs’ud, xoşbəxt
{rahat, mutlu, neşeli}

V. aydın, parlaq
{aydın, parlak}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

işıqlı

münevver


Son arananlar: