İlan
Türkiye Türkçesi – Arı Duru Türkçe Sözlüğü (Kuleli, 2013)
ilan
[Köken: Arapça] Bildiri, Kulaklandırma
Türkiye Türkçesi – Tatarca Sözlük (Ganiyev, 1998)
ilan
и. игълан, хәбәр
Karşılaştırmalı Türk Lehçeleri Sözlüğü (Ercilasun, 1991)
ilan
Türkiye Türkçesi: ilan
Azerbaycan Türkçesi: e'lânbildiriş
Başkurt Türkçesi: iğlan bildiriv
Kazak Türkçesi: kulaktandıruv ⱨabarlandıruv
Kırgız Türkçesi: carıya
Özbek Türkçesi: e'làn
Tatar Türkçesi: iğlan bildirü
Türkmen Türkçesi: ığlãn etme bildiriş
Uygur Türkçesi: elan
Rusça: ob'yavleniye
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
ilan
is.
1. Bədəni uzun və qıvrılan ayaqsız, adətən zəhərli dişləri olan sürünən heyvan. Zəhərli ilan. Xallı ilan. – İlanın ağına da lənət, qarasına da lənət. (Məsəl). ..Ağabala dərviş gürzə ilanları bazar dalına töküb oynadırdı. Ə.Qəmküsar. [Eyvaz kişi] özünü itirmədi, sağ əli ilə sol qoluna dolanan ilanın boğazından tutub gücü gəldikcə çayın içinə atdı. Ə.Vəliyev. • İlan çalmaq – ilan vurmaq. Bəziləri də deyirdilər ki, Qara Məliki ilan çalıb öldürüb. M.S.Ordubadi.
2. məc. Məkrli, xain, acıdil, kinli adam haqqında. [Knyaz:] Sən də dəf ol ki, hövsələm bitdi; İkiniz bir ilansınız, nankor! H.Cavid. [Sona:] Məni o qara ilan Kamran aldatdı. H.Nəzərli. [Vaqif:] Basma ayağını bizim torpağa; İlandan, əqrəbdən yar ola bilməz. S.Vurğun.
3. məc. İlan kimi qıvrılan, uzanan şey haqqında. İlan yolu. – [Ələmdar] ilan tatarısını göydə tovlayıb, adam olanın boynuna dolayırdı. S.Rəhimov. ‣ İlan ağzından qurtarmaq – çox təhlükəli, ağır, çətin, çıxılmaz vəziyyətdən qurtarmaq. İlan ağzından qurtulan quş (qurbağa) kimi – çox təhlükəli, ağır, çıxılmaz vəziyyətdən qurtaran adam haqqında. Rübabə qapını bərk itələmiş, ilan ağzından qurtulan quş kimi qaçmışdı. Mir Cəlal. İlan çalmış kimi, elə bil ilan çaldı – bax. ilan vurmuş kimi 2-ci mənada. ..Qara çadralı qız ilan çalmış kimi yerindən sıçradı. Ə.Məmmədxanlı. İlan dili çıxartmaq, ilan kimi dil çıxartmaq – acizanə yalvarmaq, yazıq-yazıq xahiş etmək, yalvarıb-yaxarmaq. [Güləndam:] Yusif bəy ilan dili çıxardır, elə zarıyır, elə zarıyır, adamın yazığı gəlir. N.Vəzirov. Həmzə .. Veysin qabağında gərək ilan kimi dil çıxarda, arvad kimi göz yaşı tökə idi. Ə.Əbülhəsən. İlan əlindən qurtarmaq – birini zülmdən, əziyyətdən, istismardan azad etmək. Bir kimsə tapılmaz yetə savaba; Qurtara fəqiri ilan əlindən. Q.Zakir. İlan gözü kimi – çox az, çox zəif, hissedilməz. [Veys] astaca ora yaxınlaşdıqda ilan gözü kimi işıq süzüldüyünü sezib, qulağını qapıya dayayaraq qulaq asdı. Ə.Əbülhəsən. İlan mələyən – çox isti, quraq və susuz. İlan mələyən çöllər. İlan vuran ala çatıdan qorxar məsəl – başına gəldiyi üçün çox ehtiyatlı, tədbirli hərəkət edən adam haqqında. [Hacı Əhməd:] O səbəbə ki ilan vuran ala çatıdan qorxar. C.Cabbarlı. İlan vurmuş kimi – 1) əziyyətdən, ağrıdan çapalayan, qovrulan adam haqqında. Ala pişik bığlarını eşərək yerin ortasında yatmışdı, çünki bu gecə Kosanın yuxusu ilan vurmuş kimi kəsilmişdi. S.Rəhimov; 2) birdən sıçrayaraq, dik atılaraq, hövlnak. Yasavulbaşı ilan vurmuş kimi yerindən sıçradı. M.Rzaquluzadə. İlana ağı vermək – xəlvəti, əl altından təhrik etmək, gizlindən öyrədib qızışdırmaq. İlanın quyruğunu basmaq – birini qəzəbləndirmək, hirsləndirmək. [Hacı Tağı:] İndi adam vurub öldürmək vaxtı deyil, ilanın quyruğunu niyə basaq? Ə.Əbülhəsən. Dili ilanı yuvadan çıxardır – bax. dil1. Elə bil ilan qovub – çox tələsik, təngnəfəs, nəfəsi qaralmış halda. [Əziz] hər gecə səhər alaqaranlığında elə gəlir ki, elə bil uşağı ilan qovub. Ə.Məmmədxanlı.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
ilan
yılan
Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)
ilan
a. bk. élan.