turklehceleri.org

İbadət

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

ibadət

is. [ər.]
1. Dua oxuma, namaz qılma şəklində icra edilən dini ayin. [Molla İbrahimxəlil:] Əgər məni görmək istəsələr, de ki, ustadım .. ibadətdədir. M.F.Axundzadə. Məlum şeydir ki, indiyədək saydığımız ibadətlər ki, növ-növ namazlardan ibarət olsun, məhz ondan ötrüdür ki, insan öləndən sonra, axirətdə mizan-tərəzi qurulanda yaxşı imtahan versin. C.Məmmədquluzadə. • İbadət etmək – dini ayinlərlə məşğul olmaq, dua oxumaq, namaz qılmaq. Adamlar məbudun qarşısında bardaş quraraq dizi üstə oturub ibadət edir, dodaqaltı dua oxuyurlar. M.İbrahimov.
2. Sitayiş, pərəstiş. • İbadət etmək – sitayiş etmək, səcdə etmək. Oda ibadət etmək. Bütlərə ibadət eləmək. // Məc. mənada. Qiblə deyil, qaşlarına baş əymək; Gecəgündüz mənim ibadətimdir. M.P.Vaqif. Məscidü minbər nə lazım maili-rüxsarına; Qaşların vəqti-ibadət aşiqə mehrabdır. S.Ə.Şirvani. adam, vaxtını ibadətdə keçirən adam.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

ibadət

sitayiş, pərəstiş
{tapınma, takva}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

ibadət

ibadet


Son arananlar: