turklehceleri.org

üzülmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

üzülmək

f.
1. Xəstəlik, yorğunluq və s. nəticəsində gücdən düşmək, əldən düşmək, taqətdən düşmək, zəifləmək. Azarladım, ölmədim; üzüldüm, öldüm. (Ata. sözü). [Zeynəb Səliməyə:] Yorğunsan, üzülmüsən, get bir az dincəl! Ə.Məmmədxanlı.
2. Çox köhnəlmək, yıpranmaq, əldən düşmək. Köynək lap üzülmüşdür. // Cırılmaq, süzülmək, qırılmaq. [Yusif] köynəyin üstündən toqqanı çox bərk çəkdiyi üçün ortası az qala üzülürdü. B.Bayramov.
3. Qopmaq, ayrılmaq, aralanmaq. [Həcərin] sağ əli aynalıdan üzülməmişdi. S.Rəhimov. Onun əlləri; Gecə yarısınadək; Sükandan üzülməmiş. İ.Səfərli.
4. Qurtarmaq üzrə olmaq, qurtarmaq. Anbarlardan ərzaq ehtiyatı üzülmür, tələbələrə gündə üç dəfə yemək verilirdi. S.Rəhimov.
5. Bir sıra sözlərə qoşularaq mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.: canı üzülmək, qəlbi üzülmək, əli üzülmək.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

üzülmək

I. köhnəlmək, dağılmaq, yırtılmaq, cırılmaq, yeyilmək
{eskimek, dağılmak, yırtılmak, kırılmak, yıpranmak}

II. yorulmaq, zəifləmək, taqetsizləşmak
{yorulmak, zayıflamak, güçsüzleşmek}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

üzülmək

bozulmak, dağılmak, güçten düşmek, sökülmek


Son arananlar: