turklehceleri.org

üzr

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

üzr

is. [ər.]
1. Edilən bir qəbahət və ya qüsurun qeyri-ixtiyari və ya məcburiyyət qarşısında edildiyini sübuta çalışaraq, bağışlanması üçün irəli sürülən bəhanə, səbəb. Üzrüm var. Üzrü ağlabatandır. • Üzr istəmək (diləmək) – öz qəbahət və ya hərəkətinin bağışlanmasını xahiş etmək. Məşədibəy qapını açdı, müəllimdən üzr istəyib içəri girdi. M.Hüseyn. [Halay Şiraslana:] Şirin və həssas qəlbinə toxunduğumuz üçün üzr istəyirik! S.Rəhimov.
2. Bəhanə, səbəb, dəlil. Bir də görünsə bu sifət, bu əda; Üzr yoxumdur, mənə eylə cəza. S.Ə.Şirvani. İnkişaf çox zəifdir; Üzrümüz yoxdur əsla. R.Rza. • Üzr gətirmək – müqəssir olmadığını sübut etmək üçün səbəb göstərmək, dəlil gətirmək, sübut etmək. [Şah:] Əgər üzr gətirməsə, boynunu vurdurun. M.F.Axundzadə.
3. Qüsur, nöqsan, eyib.
4. bax. üzr yeri. • Üzr yeri – ölü yeri, təziyə. Üzr yerinə getmək.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

üzr

bağışlama
{bağışlama}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

üzr

af, mazeret, özür


Son arananlar: