turklehceleri.org

üstüörtülü

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

üstüörtülü

1. sif. Üstü örtülmüş, üstü açıq olmayan, örtüsü olan, örtülü. Ancaq təktük üstüörtülü faytonlar içində miniklər görünürdü. S.M.Qənizadə. Üstü-örtülü, qara bir maşın gecənin sakitliyini pozdu. S.Vəliyev.
2. məc. Aydın olmayan, örtülü, müəyyən olmayan, eyhamlı, üstüpərdəli. [Şamama Cadu:] Üstüörtülü sözdən fayda yoxdur. Ə.Haqverdiyev. // Zərf mənasında. Üstüörtülü danışmaq. – [Əliqulu:] Yaxşı, baxarıq! – deyə, üstüörtülü bir cavab verib ayrıldım. S.Rəhman.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

üstüörtülü

I. bağlı, qapalı, yumulu
{kilitli, kapalı, yumuk}

II. gizli
{gizli}


Son arananlar: