turklehceleri.org

ürəksiz

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

ürəksiz

sif. və zərf
1. Qorxaq, ağciyər, xoflu, cəsarətsiz. [Tarverdi:] Mən də qorxumdan ki mənə ürəksiz deməsinlər, quldurluğa getdim. M.F.Axundzadə.
2. Həvəssiz, istəmədən, həvəsi olmadığı halda, həvəssiz, maraqsız. Allahqulu bazara da elə ürəksiz çıxmışdı. Ə.Əbülhəsən. Mərcan nənə qayıtsa da, ürəksiz qayıdırdı. Mir Cəlal.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

ürəksiz

qorxaq, ağciyər
{korkak, yüreksiz}


Son arananlar: