turklehceleri.org

ödəmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

ödəmək

f.
1. Başqasından aldığı, yaxud borc etdiyi şeyi qaytarmaq, vermək. Həsən çəkmə pulunu iki aya qədər ödəyə biləcək idi. Çəmənzəminli. [Rüstəm kişi] borclarını ödədi və hər əməkgününə üç kilo taxıl payladı. M.İbrahimov.
2. Təmin etmək. [Gənc:] Üç ay tədarük olunan hərarət ölkənin doqquz aylıq ehtiyacını tamamilə ödəyir. Çəmənzəminli. Əvvəlki maaşından az maaş alarsa, komitə onun kəsrini ödəyəcəkdir. M.S.Ordubadi. // Bəs etmək, yetmək, çatmaq, kifayət etmək. Maaşı məxaricini ödəyir. – [Bəhlul:] Mənim təqaüdüm ev kirayəsini ödəyirdi.. B.Bayramov.
3. Öhdəsinə götürmüş olduğu bir şeyi yerinə yetirmək. Planı artıqlamasilə ödəmək.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

ödəmək

I. kifayətlənmək, qənaətlənmək, əvəzlənmək
{sayışmak, hesaplaşmak, karşılanmak}

II. doldurmaq
{doldurmak}

III. qaytarmaq, vermək
{karşılamak, vermek}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

ödəmək

ödemek


Son arananlar: